“Lill” klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ”yə məğlub olması Fransada ciddi səs-küy yaradıb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuat bununla komandanın ciddi maliyyə qazancından məhrum olduğunu yazıb.
 
Belə ki, “Lill” Avroliqanın qrupuna qədər irəliləyə bilsəydi, fransızlar 5 milyon avro qazanc əldə edəcəkdilər. Yerli KİV isə bunu klub üçün ciddi itki sayır.
 
Ancaq “Lill”in prezidenti Mişel Seydu pul itkisindən çox uğursuz nəticəyə məyus olduğunu bildirib. O, bu məğlubiyyəti gözləmədiyini də etiraf edib: “Əlbəttə ki, bu cür mənfi nəticələrlə qrup mərhələsinə qədər irəliləmək mümkün deyil. Komandam Bakıdan istədiyimiz nəticə ilə qayıtmır. Bu uğursuzluqdan sonra deməyə söz tapmıram. Hədsiz dərəcədə məyusam. Bunu gözləmirdim”.
 
Qeyd edək ki, güclü rəqibi ilə səfərdə heç-heçə edən “Qəbələ” dünən evdə qazandığı 1:0 hesablı qələbə sayəsində Avropa Liqasının pley-off mərhələsinə adlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp