FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) futbolçu Emin Mahmudov və Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, qərarda bunlar qeyd olunub:

1. AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

2. Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

1. AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

2. Futbolçu Emin Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp