Vaxtilə istedadlı futbolçu kimi “Qəbələ”yə cəlb olunan Rey Məmmədli daha sonra Vaqif Sadıqovun rəhbərlik etdiyi AZAL-da çıxış etdi. Rey hər iki komandaya böyük istedad kimi cəlb olunsa da, Belçikadan gələn futbolçu özünü tam göstərə bilmədi. Odur ki, onun Azərbaycandakı karyerası elə də uzunmüddətli alınmadı.

Hazırda Belçika çempionatında çıxış edən Rey futbolinfo.az saytına açıqlamasında “Qəbələ”dən getməklə səhv etdiyini boynuna alır: “Hazırda Belçika III liqasında “VV Houtem” klubunda oynayıram. Azərbaycanda çıxış etmək istəyirdim. Amma təklif olmadığı üçün Belçikaya qayıtdım. “Qəbələ”dən gedişimə görə çox peşmanam. Lakin bu komandanın oyunlarını izləyirəm. Hətta “Lill” ilə səfər oyununu stadiondan izləmişdim. Futbolçuları görmək, komandaya dəstək olmaq üçün Fransaya getmişdim. Futbolçularla əlaqəm qalır. Ruslan Tağızadə, Urfan Abbasov, Elvin Camalov, Kamal Mirzəyev kimi oyunçularla tez-tez əlaqə saxlayıram. Lakin bütün bunlar sadəcə, hal-əhval tutmaq üçündür. Mən isə təklif gözləyirəm ki, yenidən Azərbaycanda oynayım. Digər tərəfdən Avropa da adımdan söz etdirmək istəyirəm. Vətənim Azərbaycan mənim adımı hələ çox eşidəcək”.

Qeyd edək ki, Rey Məmmədbəyli aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarında çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp