Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə təmsilçilərizin rəqibləri bəlli olub. 

İlk olaraq, səbətdən “Qəbələ”nin rəqibinin adı çıxıb. “Kor püşk” “qırmızı-qaralar”ları Sloveniyanın “Maribor” klubu üz-üzə qoyub. Keşmişə nəzər salsaq, görərik ki, bu, qəbələlilərin adıçəkilən ölkə təmsilçisi ilə ilk dueli olacaq. Amma buna kimi təmsilçilərimiz 5 dəfə slovenlərlə üzləşib. Bu duellərin yalnız birində komandamız mərhələ adlamağa nail olub:

2000/01. “Neftçi” 1:0, 1:3 “Hit Qoritsa” UEFA Kuboku (UK)
2001/02. “Neftçi” 0:0, 0:1 “Hit Qoritsa” (UK)
2012/13. “Bakı” 0:0, 0:2 “Mura” (AL)
2014/15. “Neftçi” 1:2, 2:0 “Koper” (AL)

Düzdü, hər nə qədər statistka əleyhimizə olsa da, son 2 mövsümdə “Qəbələ” bütün rəqəmləri alt-üst etməyi bacarıb. Qriqroçukun yetirmələri avrokuboklarda heç vaxt məğlub edə bilmədiyimiz Serbiya və Fransa təmsilçilərini ilk fürsətdəcə yolundan silməyi bacarıb.

“Qarabağ”a rəqib olacaq İsveç “Höteburq”u da “atlılar” üçün münasib rəqibdi. Qurban Qurbanov komandaya rəhbərlik etdikdən sonra ağdamlılar qarşılarına çıxan bütün skandinaviya təmsilçilərini – “Rusenborq” (Norveç), “Honka” (Finlandiya) və “Qefle”ni (İsveç) sıradan çıxarıb. Statistikaya baxsaq, təmsilçilərimiz 2 dəfə İsveç klubları ilə qarşılaşıb. “Qarabağ” “Qefle”ni  evdə 1, səfərdə isə 2 cavabsız qolla məyus edib, mübarizədən kənarlaşdırıb. Digər duel isə “İnter”lə “Elfsborq” arasında baş tutub. “Bankirlər” səfərdə minimal hesabla (1:0) qalib gəlsə də, evdə bolqar hakimin hoqqaları nəticəsində eyni nəticə ilə yenilmiş və penaltilər seriyasından sonra mübarizəni dayandırmışdı.

Qeyd edək ki, ilk matçlar avqustun 18-də, cavab oyunları isə 25-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp