“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində “Maribor”la oyunlarının yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz ilk görüşünü evdə keçirəcək.

Püşkatmadan sonra UEFA “Qəbələ”nin ilk matçını səfərdə oynayacağını yazmışdı. Lakin “Qarabağ”ın da birinci görüşünün səfərdə keçirəcəyini nəzərə alan qitə futbol qurumu “Qəbələ”nin avqustun 18-də “Maribor”u evdə qəbul etməsini qərara alıb.
 
Qeyd edək ki, “Qəbələ”nin “Maribor”la Sloveniyadakı cavab oyunu avqustun 25-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp