“Qəbələ”nin keçmiş futbolçusu Aleksey Qayın yeni klubu rəsmən müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi bundan sonra Rusiyanın “Kuban” klubunda çıxış edəcək.
 
Bu barədə Krasnodar təmsilçisi öz saytından xəbər yayıb. Bildirilib ki, 34 yaşlı xavbek Rusiya birinci divizion təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda 19 nömrəli forma ilə çıxış edəcək.
 
Qeyd edək ki, Aleksey Qay 2015-ci ildən ötən mövsümün sonuna kimi “Qəbələ”də çıxış edib və təmsilçimizlə birlikdə iki dəfə ölkə çempionatının bürünc mükafatını qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp