Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 2016/2017-ci illər mövsümünə start verilib. Futbolinfo.az xəbər verir ki, mövsümün açılış matçında AZAL doğma meydanda "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib.

Üç qolun vurulduğu paytaxt derbisində "Neftçi" 2:1 hesablı qələbəyə sevinib.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"a iki cavabsız qolla qalib gəlib:

Əvəzedicilərin çempionatı
1-ci tur

5 avqust (cümə)

AZAL – “Neftçi” – 1:2
Qollar: Mahsun Qənbərli, 54 – Bahadur Həziyev, 10; Kamran Mirzəliyev, 56.
Şüvəlan. "AZAL Arena".

"Zirə" – "Sumqayıt" – 2:0
Qollar: Muxtar Əliyev, 9; 13.
Zirə İdman Kompleksinin stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp