17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. 

Komandamızın qollarını Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Ayşən Əhmədova vurub.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda da millimiz qələbə qazanıb – 2:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp