Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümü start götürüb. Futbolinfo.az xəbər verir ki, ilk turun ilk oyun günündə iki görüş baş tutub.

Meydana öncə iki paytaxt klubu – AZAL və "Neftçi" çıxıb. İlk yarıda hər komandadan bir futbolçunun meydandan qovulduğu paytaxt derbisində qələbə "Neftçi"yə qismət olub. Qonaqlar ikinci hissədə vurduqları iki qol sayəsində mövsümə qələbə ilə başlayıblar.

Günün digər görüşündə isə "Zirə" ilə "Sumqayıt" qarşılaşıb. Bu oyunda gözlənilməz nəticə qeydə alınıb. Son mövsümün gümüş mükafatçısı "Zirə" doğma meydanda sumqayıtlılara uduzub.

Azərbaycan Premyer Liqası
1-ci tur

6 avqust (şənbə)

AZAL – “Neftçi” – 0:2 (0:0)
Qollar: E.Bədəlov, 60 (0:1). R.Hacıyev, 70 (0:2).
Qırmızı vərəqə: Jayro, 37. R.Nəsirli, 37.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə.
Şüvəlan. "AZAL Arena".

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 21. David Canelidze, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 9. Katalin Tira, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 21. Aqşin Qurbanlı, 41. Ömər Buludov.
Baş məşqçi: Vəli Qasımov.

“Zirə” – “Sumqayıt” – 0:1 (0:0)
Qol: V.Cavadov, 74 (0:1).
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 18. Tural Cəlilov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 13. Aleksandr Şemonayev, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 28. Təmkin Xəlilzadə, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 99. Yasin Həmid, 17. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı.
Baş məşqçi: Adil Şükürov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednejad, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. Vaquf Güləliyev, 18. Süleyman Əhmədov, 22. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 7 avqust (“İnter” – “Qarabağ”), 8 avqust (“Qəbələ” – “Kəpəz”).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp