UEFA Avropada ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib. Futbolinfo.az xəbər verir ki, finala Qaret Beyl (Uels, "Real" Madrid), Antuan Qrizmann (Fransa, "Atletiko" Madrid) və Kriştiano Ronaldo (Portuqaliya, "Real") yüksəlib.

2014/2015 mövsümünün ən yaxşısı Lionel Messi isə ilk üçlükdə yer almayıb.

Avropanın ən yaxşı futbolçusunun adının avqustun 25-i – Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib. Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:

4. Luis Suares (Uruqvay, "Barselona") – 29 xal
5. Lionel Messi (Argentina, "Barselona") – 25 xal
6. Canluici Buffon (İtaliya, "Yuventus") – 19 xal
7. Pepe (Portuqaliya, "Real") – 9 xal
8. Manuel Noyer (Almaniya, "Bavariya) – 6 xal
9. Toni Kroos (Almaniya, "Real") – 5 xal
10. Tomas Müller (Almaniya, "Bavariya") – 2 xal

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp