Bu gün start götürəcək Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində baş tutacaq 2 qarşılaşmadan biri mavi ekranlara gətirilməyəcək. Futbolinfo.az xəbər verir ki, AZAL – “Neftçi” görüşündən fərqli olaraq, “Zirə” – “Sumqayıt” matçı canlı yayımda olmayacaq.

Çempionatın yayım hüququna sahib olan “CBC Sport” bütün qarşılaşmaları göstərməyə dair təminat verdiyi halda, ilk turdaca sözünün üstündə dura bilməməsinin səbəbini öyrənmək üçün kanalın redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq: 

“Özümüzdə 1 səyyar televiziya var. İkincisini “Saran”dan icarəyə götürürük. Sifariş də vermişik. Amma sənədləşməylə bağlı Gürcüstan sərhəddində yubanma olub. Bu üzdən də 2 gün gecikirlər. Bazar ertəsi artıq ixtiyarımızda olacaq. Bundan sonra söz verdiyimiz kimi, bütün oyunları canlı yayımlayacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp