Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq İsveçin “Höteburq” klubunun baş məşqçisi Yorgen Lennartsson Bakıya gələcək. Futbolinfo.az xəbər verir ki, mütəxəssisin gəlişinə səbəb ağdamlıları iş başında görməkdi.

O, bu məqsədlə “atlılar”ın Sumqayıtda eyni adlı komanda ilə ölkə çempionatı matçını izləyəcək. Həmin qarşılaşma avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, tərəflər arasında ilk matç avqustun 18-də Höteburqda, cavab görüşü isə ayın 25-də Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp