FİFA-nın azərbaycanlı futbolçu Ramil Şeydayevin milli komandamızda oynamasına razılıq verməsinə onun bu yay müqavilə imzaladığı Türkiyənin "Trabzonspor" klub da maraqlı reaksiya göstərib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan əsilli olmasına baxmayaraq, Rusiya vətəndaşlığı da daşıyan Şeydayev Trabzon təmsilçisinə xeyli müddət idi keçsə də, Türkiyə klubu məhz onun millimizdə oynaması dəqiqləşəndən sonra çox böyük bir jest edib.

Belə ki, bu gün klubun rəsmi "Facebook" hesabında Ramilin üzərində "Sən bizə qardaşlarımızın əmanətisən" sözləri yazılmış şəkli paylaşılıb. Bu şəklə həm Türkiyədən, həm də Azərbaycandan olan azarkeşlər müxtəlif rəylər yazıblar, klubun bu addımını yüksək qiymətləndiriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp