“Taktika və oyuna baxış tərzi əksər İsveç komandalarında oxunandı. “Höteborq” da bu tip klublar sırasındadı”, – bu sözləri futbolinfo.az saytına verdiyi açqlamada “Qarabağ”ın və milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
 
Uzun illərdi İsveçdə yaşayan mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq Skandinaviya təmsilçisini toyuqçuluk fermasına bənzədib: “İsveç futbolu çox şeyi İngəltərədən “oğurlayır”. Öz dəst-xətləri çatışmır. Hazırki mərhələdə İsveç futbolu toyuqçuluq fermasını xatırladır. Futbolçunu yetişdirib, bir az böyüdüb, satırlar. Elə “Qarabağ”la oyunöncəsi sol cinah müdafiəçilərini satıblar. Düşünürəm ki, “Qarabağ” bu mərhələni keçmək gücündədi. Ancaq bir şərtlə ki, öz oyun üslubunu ortaya qoya bilsələr”.
 
Qeyd edək ki, bu komandalar arasında ilk görüş İsveçdə, avqustun 18-də keçiriləcək. Bir həftə sonra isə komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp