Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edəcək İsveç “Höteborq”u biletlərin qiymətini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İsveç təmsilçisi ən baha bietin dəyərini 380 kron müəyyənləşdirib.

Bu, 72 Azərbaycan manatı deməkdi. Ən ucuz biletlərin qiyməti isə 160 kron  – 30 AZN təşkil edir.

İsveç təmsilçisi tələbələr və gənclər, habelə məktəblilər üçün endirim paketi də təklif edib. Dəyəri 235 kron (45 manat) olan biletlər məktəblilərə 160 krona (30 manat), tələbə və gənclərə isə 190 krona (36 manat) təklif edilir.  

Qeyd edək ki, avqustun 18-də baş tutacaq görüşün biletləri ayın 10-dan etibarən açıq satışa çıxarılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp