Azərbaycan çempionatının 1-ci turu qalmaqalla başlayıb. Futbolinfo.az xəbər verir ki, AZAL – "Neftçi" matçının 1-ci hissəsinin gedişində hər iki komandanın 1 futbolçusu qırmızı vərəqə alıb. 

Belə ki, epizodların birində "ağ-qaralar"ın müdafiəçisi Jayro Kamal Mirzəyevə qarşı kobud oynayaraq, qırmızı vərəqə alıb. Daha sonra oyunçular arasında mübahisə düşüb və AZAL-ın hücumçusu Ruslan Nəsirli rəqibi Melnyakı itələyərək yıxıb. Buna görə o, birbaşa qırmızı vərəqə alıb. "Təyyarəçilər"in kapitanı Emin Cəfərquliyev isə komanda yoldaşının heç nədən meydandan qovulmasına bərk əsəbləşərək, onu "… , çıx çölə" deməklə təhqir edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp