Azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu Türkiyənin “Trabzonspor” klubu Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, trabzonlular Avstriyada azərbaycanlıların yaratdığı “Qarabağ” klubu ilə qarşılaşacaqlar.

Bu matç sabah – avqustun 7-də keçiriləcək. Oyun yerli vaxtla saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klubdur. Azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriyanın II Landesliqanın çempionu olub. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp