Azərbaycan Premyer Liqasında 2016/17-ci il mövsümünə AZAL – "Neftçi" qarşılaşması ilə start verilib. Futbolinfo.az xəbər verir ki, matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:

– İlk oyundu. Bizim üçün çox vacib qarşılaşma idi. Qələbə qazanmaq istəyirdik. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə də oyunu nəzarətimizdə saxladıq.

– “Neftçi”nin hədəfi nədir?
– Əsas hədəfimiz medal qazanmaqdır.

– Rəqibin qolu qeydə alınmadı. Buna münasibətiniz necədir?
– Top dirəkdən döndü. Məncə, orada qayda pozuntusu var idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp