Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt”oyununu izləyənlər arasında bir neçə tanınmış sima da yer alıb. Futbolinfo.az xəbər verir ki, fəxri qonaqlar üçün nəzərdə tutulan tribunada “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov da var.

Onunla yanaşı, Ağdam klubunun məşqçisi Elçin Rəhmanov da qarşılaşmanı canlı izləyir. “Qarabağ”ın nümayəndə heyətindən savayı, “sky-box”da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da yer alıb.

Qeyd edək ki, 2-ci turda “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp