Premyer Liqanın açılış turunda "Sumqayıt"a doğma "divarlar arası"nda 0:1 məğlub olan "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gümüş mükafatçıların çalışdırıcısı komandasının sonadək fiziki cəhətdən çatdıra bilmədiyini söylədi.

– Pis oynamadıq. Tam hazır deyilik. Çalışacağıq qarşıdakı oyunlarda daha yaxşı çıxış edək.

– Nurlan Novruzovu nisbətən arxadan oynayan Murad Səttarlıyla əvəzlədiniz…
– Qaçan oyunçu lazım idi.

– Məğlubiyyətin başlıca səbəbi nədi?
– Sona yaxın yorulduq.

– Nəticəni ədalətli hesab edirsiniz?
– Xeyr.

– Komandanızın büdcəsi azaldılıb?
– Eyniylə qalıb.

– Yeni gələn legionerlərin səviyyəsini gedənlərlə tən tutursunuz?
– Bəli. Gələnləri gedənlərdən zəif saymıram.

– Yetirmələriniz fərqlənə bilməyəndə, burnunuzun ucu Nelson Bonilya üçün göynəmədi?
– İrəliyə baxmaq lazımdı.

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp