“Çox xoşbəxtəm, çünki debüt oyunumda komandam qələbə qazandı. İlk oyunum üçün yaxşı nəticə oldu”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin mövsümlərarası fasilədə heyətinə qatdığı Katalin Tira deyib.

Bu gün yeni mövsümün start oyununda debüt etmək imkanı qazanan rumıniyalı hücumçu 76-cı dəqiqədə Fəhmin Muradbəylinin əvəzinə meydana daxil olub. Onun oyuna qoşulmasına qədər komandası rəqib qapısından 2 top keçirməklə görüşün taleyini həll etmişdi. Bununla belə, hücumçu özü üçün əlamətdar olan qarşılaşma haqda danışarkən qaçırdığı qol epizoduna da toxunub: “15 dəqiqə meydanda oldum. Bir epizodda qol vurmaq şansım oldu, alınmadı. Futbolda qaçırılan epizodlar da olur. Amma növbəti belə şansları dəyərləndirməyə çalışacam”. 

“Komandaya yeni qoşulmusunuz. Özünüzü necə hiss edirsiniz” sualına futbolçu belə cavab verib: “Adaptasiya olmuşam, amma yenə də çox məşq etməliym. Bura gəlməmişdən əvvəl uzun müddət idi oynamırdım. Qarşıdakı oyunlara 100 faiz hazır olacağımı düşünürəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp