Azərbaycanda ilk dəfə azarkeşlərarası futbol turniri keçiriləcək.

Ölkəmizdə bu oyunun tək sahibi və futbolu inkişaf etdirmək gücünə malik əsas qüvvə azarkeşlərdi. Məqsədləri futbolumuzu inkişaf etdirmək olan təxminən, 150 min azarkeş bunu həyata keçirmək üçün həm yaşıl meydanda, həm də tribunada məharətlərini göstərəcəklər.

Turnirə avqustun 4-də İSR Plazada baş tutmuş mətbuat konfransı və püşkatma mərasimi ilə start verilib. Açılış tarixi avqustun 15-də Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutacaq. Turnir sentyabrın 15-nə planlaşdırılıb.

Turnirin siması Bəhram Bağırzadədi. Bundan başqa, idman sahəsində bir çox tanınmış simalar da dəstək olacaqlar: Milli komandamızın sabiq qapıçısı Cahangir Həsənzadə, sabiq FİFA referisi Anar Salmanov, hüquqşünas və aktyor Kamran Ağabalayev, veteran futbolçu Mahmud Qurbanov:

Turnirdə 20 fan-klub iştirak edəcək:

1. “Ac Milan Azerbaijan” (“Milan”, İtaliya)
2. “Arsenal Azerbaijan” (“Arsenal”, İngiltərə)
3. "Bakı Kartalları” (“Beşiktaş”, Türkiyə)
4. “Çarşı Bakı” (“Beşiktaş”, Türkiyə)
5. “Yuventus” (“Yuventus”, İtaliya)
6. “Flaqman” (“Neftçi”)
7. “Forza Neftçi”
8. “İnter Baku Fan” (“İnter”, Azərbaycan)
9. “Khazar Bakı” (“Xəzər Lənkəran”) 
10. “Liverpool FC Azerbaian Supporters Club” (“Liverpul”, Liverpul)
11. “Manchester United Azerbaijan” (“Mançester Yunayted”, İngiltərə)
12. “Mia-San Azerbaijan” (“Bavariya”, Almaniya)
13. “Qarabağ Ordusu”
14. “Qəbələ”
15. Baku fk-The Capital
16. Tottenham Hotspur Azerbaijan
17. Trabzon Baku 
18. UltrAslan Azərbaycan Azad Azarkeş qrupu
19. Sector 11 ( Azərbaycan Milli yığmasının azarkeş qrupu)
20. FCB AZE

İştirakçı komandalar barədə məlumat:

Qeyd olunan bütün fan-klublar azarkeşlik etdikləri peşəkar futbol klubları tərəfindən rəsmi olaraq tanınır. Bu azarkeş qruplarının bəziləri yerli, bəziləri isə xarici komandaların fan-klublarıdı.

Açılış günü proqramı:

Sabah 18:30-da start götürəcək turnirin açılış proqramında bəzi müğənnilər də iştirak iştirak edəcək. İfaçılarımızdan Rauf Əhmədov (-40), Ayaz Babayev, Mərdan Kazımov, Aynur Əliyeva, Əli Əliyev açılışda olacaq. Ardınca isə çempionatın ilk oyunları başlayacaq. İlk olaraq 20:00-da “Baku Kartalları” və “Liverpool FC Azerbaijan” üz-üzə gələcək. Bundan saat yarım sonra isə "Flaqman" və “Khazar Bakı” öz aralarında güclünü müəyyən etməyə çalışacaq.  

Dostlar, “Bir araya gəlmək başlanğıcdı” ifadəsini unutmayaq və 15 avqust tarixində bir ilkə imza ataraq, Azərbaycan xalqının azarkeşlik sevgisini hər kəsə göstərək! İndi sıra azarkeşlərdədi!

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp