Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Sportinq" (Kovilyan) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

İlk turda olduğu kimi, bu dəfə də Nəsirovun adı matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, 2 turdan sonra "Sportinq"in ikinci komandası 3 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp