Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində qrupdakı sonuncu oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, millimiz qrup oyunlarına ev sahibliyi edən Macarıstan yığması ilə üz-üzə gəlib.

Bu görüşə qədər həm millimiz, həm də macarlar 6 xal toplamışdılar. Amma top fərqində Macarıstan yığmamızı qabaqlayırdı. Bu üzdən də komandamıza mütləq qələbə qazanmaq lazım idi. Oyun futbolçularımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, Azərbaycan millisi növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
  
Xatırladaq ki, komandamız daha öncə Bolqarıstana 7:2, Danimarkaya isə 3:2 hesabıyla qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp