UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, Saloniki təmsilçisi “Yuventus”dan Mame Baba Tiamla anşalıb.
O, mövsümün sonuna qədər icarə əsasında Yunanıstan klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 2015-ci ildə “Lansiano”da “qoca sinyora”ya keçən 23 yaşlı hücumçu turinlilərin heyətində bir oyun belə keçirmədən Belçika təmsilçisi “Zulte Varegem”ə icarəyə verilib. O, Belçika meydana çıxdığı 28 oyunda 9 dəfə rəqib qapılarına yol tapa bilib.