Bir çox ölkələr hazırlıq oyunlarında qüvvələrini sınayırlar. Futbolinfo.az xəbər verir ki, Estoniya millisi də Malta ilə qarşılaşıb.
 
“Qəbələ”nin hücumçusu Sergey Zenyovun start heyətində başladığı görüş 1:1 hesablı bərabərliklə nəticələnib.
 
Estoniyanın qarşılaşmadakı yeganə qoluna da məhz “Qəbələ”li imza atıb. O, 57 dəqiqədə hesabı açsa da, sevinci cəmi 2 dəqiqə çəkib. Effionq 59-cu dəqiqədə status-kvonu bərpa edib.
 
Yoxlama oyunu
31 avqust
Estoniya – Malta – 1:1
Qollar: Zenyov, 57 – Effionq, 59

Shares: