Transfer pəncərəsinin son günündə “Neftçi”ni “Qəbələ”yə dəyişən Ruslan Qurbanov "Facebook" hesabından gedişinin səbəbini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, köhnə klubunda əziyyətinin qiymətləndirilməməsindən şikayət edən millinin hücumçusu yeni klubunda uğurlu olacağına inandığını bildirib.
 
“Mənə “Qəbələ”yə keçidimdə dəstək olan hər kəsə təşəkkür edirəm. Həm də “Neftçi” azarkeşlərinə minəətdaram, onlar hər zaman məni dəstəkləyiblər və həmişə mənim ürəyimdə qalacaqlar. Ancaq hər kəsdən məni başa düşmələrini istəyirəm. Son vaxtlar “Neftçi”də vəziyyətim yaxşı deyildi. Mənimlə it kimi rəftar edib zülm verənlər başa düşəcəklər. Bu hal “Qəbələ”yə keçidimdə əsas səbəb oldu.
 
"Neftçi"nin Müşahidə Şurasına minnətdaram ki, məni buraxmağa icazə verdilər. Özümü başqa komandada sınamağın vaxtı çatmışdı. Futbolçu kimi inkişaf etmək, ildən-ilə "artırmaq" istəyirəm. Roman Qriqorçukla işləməyi çoxdan istəyirdim. "Neftçi"də yaxşı illər keçirmişəm.
 
Əgər “Qəbələ” variantı alınmasaydı, Avropaya gedəcəkdim. Avstriyanın “Şturm” və Xorvatiya yüksək liqasından bir klub maraqlanırdı. "Neftçi" azarkeşləri məndən inciməsinlər. 18 qol vurmuşdum bu klub üçün, bunu heç kim qiymətləndirmədi. Artıq getməyin vaxtı çatmışdı” – deyə hücumçu fikirlərini izləyiciləri ilə bölüşüb.
Shares: