"Qarabağ" 2016/2017-ci illər mövsümü üçün növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu heyətini qapıçı ilə gücləndirib.
"Qarabağ" serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayanda yeni transferimiz "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.