Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan Belçikanın “Anderlext” klubu heyətinə yeni futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub müdafiə xəttini gücləndirib.
 
Belə ki, “Anderlext” Fransanın “Tuluza” klubunun futbolçusu Uroş Spayiçlə anlaşıb. Razılaşmaya əsasən, 23 yaşlı müdafiəçi cari mövsümü yeni komandasında keçirəcək.
 
Qeyd edək ki, “Qəbələ”nin “Anderlext”lə ilk görüşü sentyabrın 15-də Belçikada, ikinci oyunu isə noyabrın 24-də Azərbaycanda keçiriləcək.
Shares: