21 yaşlılardan ibarət yığma komandamızın hücumçusu Elnur Cəfərov Xorvatiyanın 2-ci divizion klubu (bizim 1-ci divizionun analoqu) “Duqopolye”yə keçidini şərh edib. Futbolinfo.az xəbər verir ki, o, aşağı dəstədə oynamasına üzülmədiyini söyləyib.
 
Cəfərov yeni müqaviləsindən razı qaldığını hiss etdirib: “Bir illik müqaviləyə imza atmışam. Bəli, bu, 2-ci divizion klubudu. Ancaq mənim üçün əsas oynamaqdı. Özümü sübut edib, səviyyəmi artırmaq istəyirəm”.
 
AFFA-nın baş katibi Elxan Məmmədov bir müddət öncə saytımıza açıqlamasında Elnurun Xorvatiya çempionatının yüksək liqasında mübarizə aparan 2 klubun maraq dairəsində olduğunu bildirmişdi. Görünür, millimizin baş məşqçisi Robert Prosineçkinin vasitəçiliyi Cəfərovu ancaq bu səviyyədə kluba göndərmək üçün yetərli olub. Ya Elnurun imkanları bundan artığına imkan vermədi, ya da Prosineçkinin əlaqələri…
Shares: