“Toplanış əla keçir. Pozitiv əhval-ruhiyyədəyəm”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın hücumçusu Ramil Şeydayev deyib.

Türkiyənin “Trabzonspor” klubunun oyunçusu milli komandanın təlim-məşq toplanışı çərçivəsində baş tutan açıq məşqdən öncə jurnalistlərə qısa açıqlama verib.
 
O, Azərbaycan millisinin heyətində olmaqdan çox məmnun olduğunu bildirib: “Şadam ki, burdayam. Çalışıram, məşq edirəm. Millidə oynamaq bir şansdır. Azərbaycan yığması üçün əlimdən gələni edəcəm”.

Shares: