Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” də qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti matçına çıxıb.
Roman Qriqorçukun çalışdırdığı komanda doğma meydanda Almaniyanın “Maynts” klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda "Qəbələ" təəssüf ki, meydanı məğlub tərk edib.
Xatırladaq ki, "Qəbələ" ilk turda səfərdə Belçikanın “Anderelxt” klubuna məğlub olmuşdu – 1:3.
Avropa Liqası
Qrup mərhələsinin 2-ci turu
C qrupu
“Qəbələ” – “Maynts” – 2:3 (0:1)
Qollar: Y.Muto, 41 (0:1). R.Qurbanov, 57-pen. (1:1). S.Zenyov, 62 (2:1). C.Kordoba, 68 (2:2). L.Öztunalı, 78 (2:3).
Sarı vərəqələr: A.Hak, 14. F.Ozobiç, 47. Y.Lössl, 57. L.Öztunalı, 87. V.Stankoviç, 90+1.
Baş hakim: Gediminas Majeyka (Litva).
Bakı. "Bakcell Arena".
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k) (11. Asif Məmmədov, 81), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov (30. Petar Franyiç, 81), 15. Vitali Vernidub (4. Elvin Camalov, 86), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 13. Murad Musayev, 21. Roman Hüseynov, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Maynts”: 1. Yonas Lössl, 5. Xose Rodriqes (15. Con Kordoba, 67), 9. Yoşinori Muto (45. Suat Sərdar, 84), 10. Yunus Mallı, 16. Stefan Bell (k), 18. Daniel Brosinski, 20. Fabian Frey, 24. Qaetan Bussmann, 27. Kristian Klemens (8. Levin Öztunalı, 67), 32. Pablo De Blasis, 42. Aleksander Hak.
Ehtiyat oyunçular: 33. Hut Yannik, 2. Culio Donati, 21. Kərim Onisivo, 26. Niko Bunqert.
Baş məşqçi: Martin Şmidt.