Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti matçına çıxıb.
Ağdam klubu səfərdə İtaliyanın “Fiorentina” komandasının qonağı olub. Komandamız bu oyuna pis başlamasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin meydandan qovulması nəticəsində azlıqda qalıb. Bundan maksimum yararlanan italiyalılar doğma meydanda 5 qolla qalib gəliblər. Ağdamlıların gücü isə son dəqiqələrdə təsəlli qoluna çatıb.
Xatırladaq ki, "Qarabağ" ilk turda Bakıda Çexiyanın “Slovan” klubu ilə heç-heçəyə razılaşmışdı – 2:2.
Avropa Liqası
Qrup mərhələsinin 2-ci turu
J qrupu
“Fiorentina” – “Qarabağ” – 5:1 (3:0)
Qollar: X.Babakar, 39 (1:0). N.Kaliniç, 43 (2:0). X.Babakar, 45+2 (3:0). M.Sarate, 63 (4:0). M.Sarate, 78 (5:0). D.Ndlovu, 90+2 (5:1).
Qırmızı vərəqə: E.Yunuszadə, 30.
Sarı vərəqə: K.Sançes, 18. M.Medvedev, 38. M.Sarate, 64. M.Madera, 88.
Baş hakim: Oliver Draxta (Avstriya).
Florensiya. “Artemio Franki” stadionu.
“Fiorentina”: 12. Çiprian Tataruşanu, 4. Sebastyan De Mayo, 6. Karlos Sançes (8. Matias Veçino, 46), 9. Nikola Kaliniç (7. Mauro Sarate, 61), 10. Federiko Bernardeski (25. Federiko Kyeza, 61), 15. Maksimiliano Olivera, 16. Kristian Telyo, 18. Karlos Salsedo, 19. Sebastyan Kristoforo, 30. Xouma Babakar, 40. Nenad Tomoviç (k).
Ehtiyat oyunçular: 1. Luka Letserini, 5. Milan Badel, 20. Borxa Valero, 31. Hrvoye Miliç.
Baş məşqçi: Paulo Souza.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo (6. Dino Ndlovu, 84), 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (10. Muarrem Muarrem, 60), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana (55. Bədavi Hüseynov, 46).
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, J qrupunun digər oyununda Çexiya "Slovan"ı doğma meydanda Yunanıstanın PAOK klubuna 1:2 hesabıyla uduzub.