Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Kova da Piedadi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
Nəsirov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 9 turdan sonra "Sportinq"in ikinci komandası 8 xalla 22 komanda arasında 17-ci pillədə qərarlaşıb.