Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu ölkənin futbol ittifaqı Petar Xubçevlə anlaşıb.
 
52 yaşlı mütəxəssislə DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər müqavilə imzalanıb. O, baş məşqçi postunu tərk edən İvaylo Petevi əvəzləyib.
 
Xubçev daha çox futbolçu kimi Almaniya klubları “Ayntraxt” və “Hamburq”dakı çıxışları ilə tanınıb. Onun baş məşqçilik karyerası isə əsasən vətənində “Slaviya”, “Çernomorets”, “Botev” və “Beroe”dəki fəaliyyətindən ibarətdi.
 
Bundan başqa, “Ayntraxt”da köməkçi, “Bad Vilbel”, həmçinin “Ayntraxt II” və “Volfsburq II”də baş məşqçi olub. Xubçev 2003-05-ci illərdə isə Bolqarıstan millisində köməkçi məşqçi kimi çalışıb.
 
Qeyd edək ki, Bolqarıstan DÇ-2018-in seçmə mərhələsindəki ilk oyununda Lüksemburqa 4:3 hesabı ilə qalib gəlib.
Shares: