DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya yığması gələn ay yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, noyabrın 11-də öz meydanında Azərbaycanla qarşılaşacaq Britaniya təmsilçisi 4 gün sonra Xorvatiya ilə üz-üzə gələcək.
Qarşılaşma Belfast şəhərində baş tutacaq.
Qeyd edək ki, Şimali İrlandiyanın gələn ay millimizlə keçirəcəyi qarşılaşma da Belfastın “Uindzor Park” stadionunda baş tutacaq.