Almaniyanın “Maynts” klubunun prezidenti Harald Ştruts Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, oyunla bağlı Almaniya mətbuatına açıqlama verən Ştruts komandasının təzyiq altında olduğunu və böyük məsuliyyət daşıdığını bildirib:
“Avrokubokda uğurlu seriya yaxalamaq istəyirik. Başım daha çox klubun maddi durumuna qarışsa da, Bundesliqa və Avropa arenasındakı oyunlarımızı diqqətdən qaçırmıram. Azərbaycan səfəri bizim üçün xüsusidi. Komandada formalaşma dövrü gedir. Belə ərəfədə Avropa Liqasındakı qarşılaşmalar çox önəmlidi. Təbii ki, ağır sınaq olacaq. Çünki hər kəs bizdən “Qəbələ” üzərində qələbə qazanmağı gözləyir”.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Mants” qarşılaşması saat 19:00-da start götürəcək.