Bu gün Avropa Liqanın qrup mərhələsində 2-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz növbəti matçlarını keçiriəcək.

İlk olaraq meydana “Qəbələ” çıxacaq. Rəqib arzuolunmaz “Maynts”dı. Düzdü, “ağ-qırmızılar” təmsilçilərmizə ilk dəfədi ki, rəqib olur. İndiyədək 3 dəfə Almaniya klubları ilə duelə çıxımışıq. Amma heç bir halda sözügedən ölkə təmsilçilərinin müqavimətini qırmaq mümkün olmayıb. Bütün hallarda komandalarımız məğlubiyyətlə barışıb:

2010/11. “Borussiya” (Dortmund) 4:0, 1:0 “Qarabağ” (AL)
2013/14. “Qarabağ” 0:2, 1:2 “Ayntraxt” (Frankfurt) (AL)
2015/16. “Qəbələ” 1:3, 0:4 “Borussiya” (Dortmund) (AL)

Cari avrokubok mövsümündə evdə keçirdiyi 4 görüşün heç birində yenilməyən “Qəbələ” bu matçda minumum 1 xal qazansa, ötənilki rekordunu təkrarlayacaq. Ötən mövsüm “qırmızı-qaralar” ardıcıl 5 ev qarşılaşmasında yenilməmişdi. 

Turnirdəki digər təmsilçimiz “Qarabağ” isə İtaliyaya 2-ci dəfədi ki, səfər edir. Ağdamlıların bundan əvvəl yolu Milana düşmüşdü. Tarixə nəzər salsaq, ilk dəfə italyan klubları ilə qarşılaşan komandamız “Neftçi” olub. Ümumiyyətlə, hər iki halda rəqib “İnter” olub. Daha əvvəl keçirilən 4 matçın heç birində təmsilçilərimiz qalib gələ bilməsə də, statistika almanlara qarşı olduğu kimi bərbad da deyil:

2012/13. “Neftçi” 1:3, 2:2 “İnter” (AL)
2014/16. “İnter” 2:0, 0:0 “Qarabağ” (AL)

Maraqlıdı ki, təmsilçilərimizin hər ikisi “Böyük beşlik” ölkələrindən olan komandalara qarşı çıxış edəcək. Bu hal ötən il də AL-in 3 və 4-cü turlarında yaşanmışdı. O zaman “Qarabağ” və “Qəbələ” müvafiq olaraq, Fransa “Monako”su və Almaniya “Borussiya”sına qarşı oynamışdı. Bu 4 oyundan komandalarımız aktivinə cəmi 1 xal yaza bilmişdi.

Shares: