Bu dəqiqələrdə Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində davam edən "Qəbələ" – "Maynts" matçını UEFA prezidenti Aleksander Çeferin də izləyir. Futbolinfo.az xəbər verir ki, fəxri tribunada yer alan Avropanın ali qurumunun yeni rəhbəri qarşılaşmanı AFFA prezidenti Rövnəq Abdullayevlə birlikdə seyr edir.

Onlarla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da fəxri qonaqlar üçün nəzərdə tutulan tribunada yer alıb.

Qeyd edək ki, görüşün 37-ci dəqiqəsinədək qapılara qol vurulmayıb.

Shares: