“Qəbələ” yaxşı oynadı, ancaq rəqib də çox güclüdür”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Rövnəq Abdullayev deyib.

UEFA Avropa Liqasının qrup mərhələsində baş tutan “Qəbələ” – “Maynts” (Almaniya) oyunundan (3:3) sonra jurnalistlərə qısa açıqlama verən AFFA prezidenti matç haqqında fikirlərini bölüşüb.

– “Maynts” Bundesliqanın aparıcı klublarından biridir. Qalib gəlmək də olardı, ancaq alınmadı.

– UEFA prezidenti yeni vəzifəsində ilk oyununu izləyirdi, nəsə dedimi oyundan sonra?
– Yaxşı fikirlər bildirdi. Razı qaldı. 

– Sizcə, “Qəbələ”nin qələbə hesabını qoruması üçün nə çatmadı?
– Təcrübə və güc. Mən belə düşünürəm ki, onlar çox güclü idilər.

– “Qarabağ”dan nə gözləyirsiz?
– Qələbə. Nə gözləyəsiyəm ki?!

ELMAR ABDULLA-ZADƏ

Shares: