Almaniya "Maynts"ının baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qəbələ"ylə səfər qarşılaşmasından sonra mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın çalışdırıcısı 3:2 hesablı qələbədən razı qaldığını gizlətmədi.
– "Qəbələ" əks-hücumda oynamağı bacaran komandadı. İlk yarıda onların əla şansı oldu, amma qaçırdılar. Üstünlük tərəfimizdə idi və fasiələyədək layiq olduğumuz qolu vurduq. Fasilə yetirmlərimə rəqibin sürəti artıracağını bildirdim. Təəssüf ki, xəbərdarlığım fayda vermədi. Rəqib ardıcıl 2 qol vuraraq, hesabda önə keçdi. Lakin etdiyimiz əvəzetmələr bəhrəsini verdi. Hər iki komanda qalib gələ bilərdi. Bu, bizim cari Avropa Liqasında ilk qələbəmiz idi. Ancaq 4 xalımız var, bundan razıyam. Dekabrda "Qəbələ"ni evdə qəbul edəcəyik. Hava soyuq olacaq, ancaq qaynar mücadilə gözləyirəm.
– Hesabda geri düşdükdən sonra hansı durumda idiniz?
– Biz fiziki cəhətdən yaxşı hazırıq. "Verder"lə oyunda da məğlub duruma düşdükdən sonra dönüş yarada bilmişdik. Psixoloji cəhətdən tam hazır idik.
– Əvvəlcədən təhlil etdiyiniz rəqibi görə bildinizmi? Bəlkə "Qəbələ" sizi təəccübləndirə bildi?
– "Qəbələ"nin yaxşı əks-hücumlar quran komanda olduğunu bilirdik. Ancaq ilk 20 dəqiqə bizim üçün sürpriz oldu. Meydan sahiblərinin bizə qarşı pressinq tətbiq edəcəyini gözləmirdim.
CEYHUN ƏLİYEV