Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi "Qəbələ"nin yer aldığı C qrupunda daha bir görüş baş tutub.

Fransanın "Sent-Etyenn" klubu doma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. 62-ci dəqiqədə Tilemans penaltidən vurduğu qolla qonaqları hesabda önə keçirsə də, Rouks 90+4-cü dəqiqədə meydan sahiblərini məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, bundan bir neçə saat öncə keçirilən "Qəbələ" – "Maynts" oyununda isə Almaniya klubu 3:2 hesabıyla qalib gəlmişdi.

İki turdan sonra bu qrupdakı vəziyyət belədir:

"Anderlext" – 4, "Maynts" – 4, "Sent-Etyen" – 2, "Qəbələ" – 0.

Shares: