Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Fiorentina" – "Qarabağ" (5:1) matçından sonra italiyanların baş məşqçisi Paulo Souza oyunsonrası mətbuat konfransı maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, qarşılaşmanı belə şərh edib:
"Oyundan razı qaldım. "Qarabağ" yaxşı komandadır. Onlar daha əvvəl bunu sübut etmişdilər. Qırmızı vərəqə alana kimi, rəqib çox yaxşı mübarizə aparırdı. Ümmumiyyətlə müdafiəçinin meydandan qovulması bizə çox kömək etdi, oyuna nəzarət etməyə başladıq. Belə futbol mənim çox xoşuma gəlir. Kaliniç və Babakar tandemi üzərində işləyirik. Zaratenin qayıdışı da məni çox sevindirdi".