Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında liderlər qrupunda qərarlaşan “İnter” “Zirə”ni qəbul edib. Matçın ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmaya əlavə olunan dəqiqələrdə qələbəni əldən veriblər. Nəticədə paytaxt derbisi "sülh"lə başa çatıb.
Topaz Premyer Liqası
7-ci tur
30 sentyabr (cümə)
“İnter” – “Zirə” – 1:1 (1:0)
Qollar: A.Ramazanov, 22 (1:0). V.İqbekoyi, 90+1 (1:1).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Səlahət Ağayev, 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 27. Manuel Skarlatake, 2. Sərtan Taşqın, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Zirə”: 1. Anar Nəzirov (k), 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 7. Gerhard Proqni, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 21. Murad Səttarlı.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 96. Elgün Nəbiyev, 20. Sezar Meza Kolli, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid.
Baş məşqçi: Adil Şükürov.
Turun digər oyunları: 1 oktyabr (“Neftçi” – “Kəpəz”, “Sumqayıt” – AZAL). 2 oktyabr (“Qəbələ” – “Qarabağ”).