Bu gün Qız qalasının qarşısında Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinin və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə brifinq keçirilib. Futbolinfo.az xəbər verir ki, əvvəlcə Aleksander Çeferin, Rövnəq Abdullayev, UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov ərazidə quraşdırlmış Avropa çempionatının kubokunun maketi ilə xatirə şəkli çəkdiriblər.
Sonra UEFA və AFFA prezidentləri mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.