Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə keçiriləcək oyun öncəsi “Kəpəz” ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın əsas oyunçularından olan Serjio Kosta sarı vərəqə limitini doldurub. 

Bu üzdən braziliyalı tarixi derbi çərçivəsində Bakıdakı səfər matçını buraxmaq məcburiyyətindədir.

Qeyd edək ki, cari mövsümün bütün qarşılaşmalarında start heyətində oyuna başlayan yarımmüdafiəçi ardıcıl dörd görüşdə cəzalanıb. O, 3-cü turda “İnter”lə səfər, 4-cü turda “Zirə” ilə ev, 5-ci turda “Sumqayıt”la səfər və 6-cı turda “Qarabağ”la ev oyununda sarı vərəqə alıb.

Shares: