Argentina futbolunun canlı əfsanəsi Qabriel Batistuta ötən gecə Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda keçirilən "Fiorentina" – "Qarabağ" (5:1) oyununu izləyib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra sözügedən oyun haqda danışan "Fiorentina" və "Roma"nın sabiq futbolçusu vaxtilə birgə oynadığı Françesko Totti ilə bağlı da fikirlərini bölüşüb:
"Fiorentina"nın oyununu analiz etməyə ehtiyac yoxdu, çünki rəqib 10 nəfərlə oynayırdı. "Fiorentina" turnirdə nə qədər irəliləyəcək? Bunu vaxt göstərəcək.
Tottini hələ də meydanda görəndə əsəbləşirəm (gülür). O böyük futbolçu və böyük insandı. Tottini futbolçu kimi bütün dünya tanıyır, ancaq insan kimi çox az adam… Mən xoşbəxtəm ki, onu tanıyıram".