"Neftçi” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Hazırlıq prosesindən sonra "ağ-qaralar"ın hücumçusu Denilson Pereyra "Neftçi TV"-yə açıqlama verib:
"Bizi "Kəpəz” klubu ilə çətin oyun gözləyir. İnanırıq ki, azarkeşlərimizin dəstəyi ilə qələbə qazanaraq, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıra bilərik. Bundan əlavə, uğurlu nəticə sayəsində komandadakı abu-hava da müsbətə doğru dəyişə bilər”.
Xatırladaq ki, "Əlincə Arena”da baş tutacaq "Neftçi” – "Kəpəz” oyunu oktyabrın 1-də, saat 19:00-da start götürəcək.