“Qəbələ” ilə oyun bizim üçün çağırışdı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Almaniyanın “Maynts” klubunun kapitanı Niko Bunqert  deyib. 

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edən “Maynts” qrupdakı ilk qalibiyyətini qazanıb.
 
Ölkəsinin mətbuatına açıqlama verən Bunqert bu görüşlə bağlı danışıb: “Əslində, matçın gedişində 2:0 hesabı ilə önə keçməli idik. Lakin belə bir məqamda ərazi üstünlüyü rəqibə verdik. “Qəbələ” də bundan istifadə edib, hesabda önə keçdi. Rəqib qapımıza çox asanlıqla yaxınlaşırdı. Bu problemi aradan qaldırmaq lazımdı. Təbii ki, artıq 90 dəqiqə geridə qalıb və qələbə qazandığımız üçün sevinirik. Lakin “Qəbələ” ilə görüşdəki çatışmazlıqları həll etməliyik”.
 
“Maynts”ın kapitanı “Qəbələ” ilə oyunda ehtiyatda qalmasını belə izah edib: “Oynamadım, çünki zədədən qayıtdıqdan sonra cəmi 1 məşq etmişdim. Növbəti görüşdə iştirakım üçün isə heç bir problem qalmayıb. Özümü yaxşı hiss edirəm”.

Shares: