Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə aparan “Şəmkir” heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, növbəti mövsüm Premyer Liqaya çıxmağı hədəfləyən bölgə klubu iranlı hücumçu Şahin Balicani ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, İranın “Malavan” klubunuh sabiq hücumçusu Şahin Balicani ilə bir çox Premyer Liqa klubları da maraqlanırdı. Onun "İnter" və "Neftçi"yə keçidi gündəmdə idi.